Bazar, 19 May

"Turanbank"dan ciddi qanun pozuntusu - BANK VƏ SƏDR CƏRİMƏLƏNƏCƏK

image

"Turanbank" ASC ciddi qanun pozuntusuna yol verib.

Araşdırmalar nəticəsində məlum olub ki, may ayının başa çatmasına baxmayaraq, adıçəkilən bank illik audit hesabatını saytında dərc etməyib.

Qanunvericiliyə görə, başa çatmış il üzrə audit hesabatı nöbəti ilin ilk 5 ayı ərzində rəsmi saytda dərc olunmalıdır. Başqa sözlə, 2020-ci il üzrə audit hesabatının dərc olunması üçün son tarix 2021-ci ilin mayın 31-i idi.

Tələblərə görə, "Turanbank" 10 000 manat, İdarə Heyətinin sədri (Fəzail Musayev) isə 1 500 manat məbləğində cərimə olunmalıdır.

“Turanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 75 milyon manatdır. Bankın səhmlərinin 55,3%-i 20 fiziki şəxsə, 44,7%-i isə 8 hüquqi şəxsə məxsusdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41